Azərbaycan millisinin sabiq futbolçusu Gürcüstan komandasına keçib

Azərbaycan millisinin sabiq futbolçusu Gürcüstan komandasına keçib backend

Azərbaycan milli komandasının sabiq futbolçusu Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubuna keçib.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.
R.Ramaldanov Türkiyədə təlim-məşq toplanışında olan Poti komandasının düşərgəsinə qoşulub. Onun 103 yaşlı yeni klubu iyulun 25-də Bakı "İnter"i ilə üz-üzə gələcək.
Qeyd edək ki, Rasim Ramaldanov karyerası ərzində "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt"da forma geyinib. "Kolxeti" onun legioner həyatı yaşayacağı ilk klubdur. Ramaldanov 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarının seçmə qrup mərhələsində Azərbaycan yığmasına dəvət alıb.
Diaspora