“Roma”nın 23 yaşlı hücumçusu Mattio Destro karyerasını “Milan”da davam etdirəcək. Lent.az-ın məlumatına görə, bu barədə “Milan”ın rəsmi saytında məlumat yayılıb.
Futbolçu 6 ay müddətində icarə əsasında yeni klubunda forma geyəcək. Müqavilənin maliyyə şərtləri barədə məlumat verilmir.Xatırladaq ki, Destro A Seriyasında bu mövsüm 16 oyuna 5 qol vurub.
Qeyd edək ki, İtaliyanın ən titullu klublarından olan "Milan" ciddi maliyyə problemləri ilə qarşılaşıb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
