Millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bir müddət öncə "B" kateqoriyalı məşqçilik kursunu uğurla başa vuran Rəşad Sadıqov U-19 komandasına rəhbərlik etməklə yanaşı, əsas komandada çıxışını da davam etdirəcək.