"Barselona"ın ulduz futbolçusu Lionel Messi Türkiyəyə səfəri təxirə düşdü.
Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, ulduz futbolçu "Antalyaspor"da oynayan kamerunlu hücumçu Samuel Etonun təşkil etdiyi xeyriyyə qarşılaşmasının oyununda iştirak etməyəcək.Buna Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı hadisələrin olması səbəb olub. Messidən əlavə Andres İnyesta da Türkiyədəki xeyriyyə matçından imtina edib. Oyuna dəvət olunan digər ulduzlar Totti, Havi və Neymar hələlik oyundan imtina etməyiblər. Samuel Eto Türkiyədəki vəziyyətə görə təşkil etdiyi oyunu ləğv etməyib.
Hərbi çevrilişə cəhdə qarşı etiraz edən türklər
Hərbi çevrilişə cəhdə qarşı etiraz edən türklər
Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyədək rəsmi məlumata görə, 2839 nəfər həbs olunub. Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb. Dövlət çevrilişinə cəhddən sonra 2700 hakim vəzifəsindən azad edilib.