AVRO-2016-nın seçmə mərhələsində V turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, daha 3 qrupda 8 qarşılaşma baş tutub.
Belə ki, Almaniya səfərdə Gürcüstanın qonağı olub. Bundestim təmsilçisi 0:2 hesabı ilə qalib gəlib. Bu qarşılaşma eyni zamanda Bakının “İnter” klubunu da çalışdıran Kaxaber Sxadadzenin millidə ilk seçmə oyunu olub. O, paytaxt təmsilçisindən 3 futbolçu – Baçana Sxadadze, Laşa Salukvadze və Aleksandr Amisulaşvilini dəvət edib. Təcrübəli çalışdırıcı yalnız sonuncuya şans versə də, müdafiəçi 4-cü dəqiqədə zədə səbəbindən meydandan əvəzlənib.D qrupunun lideri Polşa İrlandiyaya səfər edib. Görüşdə hərəyə 1 dəfə fərqlənən komandalar meydanda “sülh bağlayıb – 1:1. Rumıniya Farer adalarını 1:0, Şimali İrlandiya Finlandiyanı 2:1 hesabı ilə məğlub edib. Macarıstan – Yunanıstan matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.
Albaniya evdə Ermənistana gücünü göstərib. Meydan sahibləri hesabda geri olmasına baxmayaraq, əzmkar qələbə (2:1) qazanıb. Bu görüşdə “Qarabağ”ın futbolçusu Ansi Aqolli də iştirak edib. Start heyətdə meydana çıxan müdafiəçi 90 dəqiqə forma geyinib.
Portuqaliya Serbiya ilə münasibətlərinə aydınlıq gətirib. Fernandu Santuşun yetirmələri 2:1 hesablı qələbəyə sevinib.
AVRO-2016-nın seçmə mərhələsi, V tur
29 mart
D qrupu
Gürcüstan – Almaniya - 0:2
Şotlandiya – Cəbəllütariq - 6:1
İrlandiya – Polşa - 1:1
F qrupu
Rumıniya – Farer adaları - 1:0
Şimali İrlandiya – Finlandiya - 2:1
Macarıstan – Yunanıstan - 0:0
İ qrupu
Albaniya – Ermənistan - 2:1
Portuqaliya – Serbiya - 2:1