"Fənərbaxça"nın futbolçusu Fernandao 8 kq kökəlib. Qol.az-ın "Hürriyət" qəzetinə istinadən yaydığı xəbərə görə, istirahətdən yeni qayıdan braziliyalı oyunçunun çəkisinin 94 kq-dan 102 kq-ya yüksəlməsi ona problem yaradıb. Artıq çəki səbəbindən məşqlərdə daha ləng hərəkət edən 28 yaşlı oyunçu üçün xüsusi pəhriz hazırlanıb.
Klubun məşqçi heyəti iki həftə ərzində Fernandaodan 7 kq arıqlamağı tələb edib. Əsk təqdirdə o, komandadan göndəriləcək.Braziliyalı oyunçu bu istəyi yerinə yetirmək üçün pəhriz saxlamaqla yanaşı xüsusi məşqlər edir.