Əhməd Bulut meneceri olduğu Arda Turanın "Barselona"dan ayrılacağı iddialarına cavab verib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçinin Kataloniya klubunda oynamağa davam edəcəyini deyib:
"Ardaya marağın olması normaldır. Ancaq "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər doğru deyil. O, Kataloniya klubunda xoşbəxtdir".
Qeyd edək ki, "Barsa"nın Ardanı transferə çıxardığı iddia edilirdi. Onunla "Arsenal", "Fənərbaxça" və "Borussiya" (Dortmund) klubları yaxından maraqlanır.