"Avro-2016"nın finalında Fransa ilə qarşılaşan Portuqaliya millisi ciddi itki ilə üzləşib.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, komandanın aparıcı futbolçusu Kriştiano Ronaldo matçın gedişində zədələnib.Matçın 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alan Ronaldo həkimlərin müdaxiləsindən sonra yenidən meydana qayıdıb. Lakin oyunu davam etdirə bilməyən Ronaldo əvəzlənmək məcburiyyətində qalıb. 31 yaşlı futbolçu meydanı xərəkdə gözyaşları ilə tərk edib.
Qeyd edək ki, görüşün 25-ci dəqiqəsində Ronaldonun əvəzinə meydana Rikardo Quarejma daxil olub.