FİFA-nın keçmiş prezidenti Yozef Blatter dəri xərçəngindən əməliyyat olunub və onun sağ qulağının bir hissəsi götürülüb.
Qaziler.az Trend-ə istinadən bildirir ki, 80 yaşlı Y.Blatter Sürixin klinikalarının birində əməliyyat keçirib.2015-ci ilin noyabrında onun səhhəti ilə bağlı problemləri var idi və buna görə o, bir neçə gün xəstəxanada qalmışdı.