UEFA “Avro-2016”nın seçmə mərhələsinin Monteneqro – Rusiya matçında baş verən olaylara görə intizam işi açacaq. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, matçın rəsmi nümayəndəsinin və hakimin hesabatından sonra qurum araşdırmaya başlayacaq. Xatırladaq ki, matçın ilk dəqiqəsində yerli fanatlar Rusiya millisinin qapıçısı İqor Akinfeyevə fişəng atıb.
Başından xəsərat alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunub. Lakin bu dəfə də yerli azarkeşlər dinc durmayıblar. 66-cı dəqiqəqə onlardan birini atdığı alışqan rus futbolçu Dmitri Kambarovun başına dəyib. Sonra futbolçular arasında insident yaranıb. Buna görə də Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də, görüş yarımçıq dayandırılıb.Baş verən hadisəyə görə Monteneqro millisinə ciddi cəza veriləcəyi gözlənilir.