Ramin Musayev yenidən PFL prezidenti seçildi

Ramin Musayev yenidən PFL prezidenti seçildi backend

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) növbəti prezident seçkisi keçirilib. Apasport.az saytının məlumatına görə, bu, 2008-ci ildə yaranan qurumun 3-cü rəhbər seçkisi olub.

Fəaliyyətə başladığı ildən PFL-ə başçılıq edən Ramin Musayev bugünkü seçki prosesində yeganə namizəd olub. Nəticədə rəqibi olmayan Musayev, gözlənildiyi kimi, PFL-in prezidenti vəzifəsində qalıb.

Seçkinin nəticəsinə görə, o, növbəti 4 ildə də quruma rəhbərlik edəcək.

Qeyd edək ki, 53 yaşlı Musayev PFL prezidenti seçilməzdən öncə “Neftçi” klubunun vitse-prezidenti vəzifəsində çalışıb.
Diaspora