Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb.
"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu yığma Avropa Liqasının qalibi olub.Azərbaycan millisi finalda Slovakiyaya səfərdə 1:3 hesabı ilə qalib gəldikdən sonra evdə heç bir şans verməyib - 3:0. Rəqib yalnız ikinci setdə ciddi müqavimət göstərə bilib.
Azərbaycan millis bu qələbə sayəsində i 2017-ci il Dünya Qran Prisinə vəsiqə qazanıb.
Avropa Liqası
Final, cavab görüşü
18:00. Azərbaycan - Slovakiya - 3:0 (25:15, 25:22, 25:20)
Hakimlər: Corco Qnani (İtaliya), Elena Geldof (Hollandiya)
Bakı, İdman Oyunları Sarayı
İlk oyun - 3:1.