Fransanın Bordo şəhərində Avropa çempionatının ¼ final oyunu çərçivəsində növbəti qarşılaşma keçirilir.
Qaziler.az "Report"a istinadən xəbər verir ki, hazırda növbəti "erkən final" adlandırılan oyunda İtaliya millisi Almaniya ilə qarşılaşır.Matçın birinci hissəsi əsasən Almaniyanın üstünlüyü şəraitində keçib. Hər iki komanda rəqib qapısı qarşısında bir neçə qol epizodu yarada bilib. Lakin bu bir nəticə verməyib.
Matçın 64-cü dəqiqəsində Almaniya Məsut Özilin qolu ilə hesabda irəli çıxıb - 1:0. Lakin matçın 78-ci dəqiqəsində Leonardo Bonucci penaltidən hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın əsas hissəsi bu hesabla da başa çatıb. Oyuna əlavə olunmuş dəqiqələrdə hesab dəyişilməz qalıb və hakim 11 metrlik cərimə zərbələri təyin edib. Penaltilər seriyasında Almaniya dəqiq olub - 6:5 və adını 1/2 finala yazdırıb.