“Spartak”ın futbolçuları 102 yaşlı azarkeşə 500 min rubl veriblər

“Spartak”ın futbolçuları 102 yaşlı azarkeşə 500 min rubl veriblər backend

Moskvanın “Spartak” komandasının futbolçuları böyük məbləğdə soyğunçuluğa məruz qalan özlərinin 102 yaşlı azarkeşi Otto Fişerə 500 min rubl veriblər.

Qaziler.az saytının Rusiya mətbuatına istinadən bildirdiyinə görə hücumçu Vyaceslav Krotov Qələbənin 70 illiyi ilə əlaqədar olan verilişlərin birində “qırmızı – ağlar”ın köhnə pərəstişkarı ilə görüşərək pulu ona təqdim edib.

Xatırladaq ki, Fişerin Çelyabinsk vilayətinin Kopeysk şəhərindəki evi martın axırlarında qarət olunmuşdu. Təqaüdçünün evinə gələn naməlum şəxs özünü sosial işçi kimi təqdim etmişdi. Veteran qonağına su gətirmək üçün mətbəxə keçərkən “qonaq” onun 730 min rublunu götürərək qacıb gizlənmişdi.
Diaspora