"Atletiko" hücumçusu Fernando Torreslə müqavilənin müddətini uzadacaq. Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə klubun prezidenti Enrike Sereso məlumat verib.
O, tezliklə ispaniyalı futbolçu ilə müqavilə yeniləyəcəklərini açıqlayıb: "Tezliklə Torreslə yeni müqavilə imzalayacağıq. Sadəcə bəzi xırda detalları həll etmək qalır. Hər hansı problemin olacağını düşünmürəm".Qeyd edək ki, daha öncə "Avro-2016"dan kənarda qalan Torresin "Atletiko"dan ayrılacağı iddia olunurdu.