"Dnepr" klubunun baş məşqçisi Miron Markeviç istefa verib. Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə ukraynalı mütəxəssisin özü məlumat verib.
O, vəzifəsindən getməsini klubdakı maliyyə problemləri ilə əlaqələndirib: "Artıq "Dnepr"in gələcəyi haqda düşünməyəcəm. Çünki istefa verdim. Bu komandada işləməyimə heç bir səbəb görmürəm. Özü də pulsuz. Biz sivil dünyada yaşayırıq və əməyimizin haqqını almalıyıq. Futbolçuları da bir-bir itiririk. Demək olar ki, bütün oyunçular digər ölkələrə və klublara gediblər. Anladım ki, artıq gənc futbolçular və gənc məşqçilərlə işləməyin vaxtı gəlib çatıb. "Dnepr"in Premyer Liqadan kənarlaşdırılması ehtimalına gəlincə, komandanı aşağı liqada təsəvvür etmək çətindir. Çünki "Dnepr" sıradan komanda deyil".
Qeyd edək ki, Ukraynanın köklü klublarından olan "Dnepr"in maliyyə problemləri səbəbindən ölkə çempionatında fəaliyyətini dayandıracağı iddia olunur.