“Avro-2016“: Almaniya - İtaliya oyununun hakimləri bəlli oldu

“Avro-2016“: Almaniya - İtaliya oyununun hakimləri bəlli oldu backend

"Avro-2016"nın 1/4 finalında keçiriləcək Almaniya – İtaliya matçı üçün hakim təyinatları açıqlanıb. Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bordoda keçiriləcək oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək.

İyulun 2-də keçiriləcək görüşün baş hakimi Viktor Kaşşai olacaq.

23:00. Almaniya - İtaliya
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyörqi Rinq və Vesnel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar və Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Simon Marçinyak (Polşa)
Bordo. Bordo şəhər stadionu
Diaspora