Argentinanın paytaxtı Buenos-Ayresdə futbol üzrə milli yığmanın kapitanı Lionel Messinin heykəli ucaldılıb.
Qaziler.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "La Aficion” məlumat yayıb."Leo bir futbol azarkeşi kimi, səndən qərarını dəyişməni xahiş edirəm. Sənə qarşı sevgi və hörmətimizin əlaməti olaraq, biz bu gün burada Paseo-de-la-Qloriyada sənin heykəlinin açılışını edirik”, - Buenos-Ayresin meri Orasio Rodriges Laretta açılış zamanı bildirib.
Abidənin açılışı komandanın Amerika kubokundan qayıtmasındansonra baş tutub. İyunun 27-də Argentina turnirin finalında Çiliyə 2:4 hesabı ilə məğlub olub. Bundansonra Messi yığmadan getməsini elan edib.
Karyerasını başa vurmamaq çağırışı ilə futbolçuya Argentina prezidentiMaurisio Makrivə keçmişməşhur futbolçuDieqo Maradonada müraciət edib. Argentinanınbir çox şəhərlərinin küçələrində "Leo getmə” yazılı lövhələr peyda olub.