AVRO-2016: İtaliya – İspaniya - 2:0

AVRO-2016: İtaliya – İspaniya - 2:0 backend

Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, bu gün keçiriləcək iki oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşir.

Günün maraqla gözlənilən görüşü İtaliya və İspaniya komandaları arasında keçirilib. Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi oyun italyanların qələbəsi ilə yekunlaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn İtaliya 1/4 finala adlayıb. Son Avropa çempionu olan İspaniya yığması isə turnirlə vidalaşıb.

1/8 final mərhələsinin son oyununda İngiltərə və İslandiya yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.



27 iyun

"Avro-2016", 1/8 final

20:00. İtaliya - İspaniya - 2:0
Qollar: Corcio Kyellini, 33 (1:0), Qraziano Pelle, 90+1 (2:0)
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun
Əlavə köməkçi-hakimlər: Hüseyin Göçek ve Barış Şimşek (hamısı Türkiyə)
Dördüncü hakim: Martin Atkinson (İngiltərə)
Sent-Denis. "Stad de Frans" stadionu.


23:00. İngiltərə - İslandiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik və Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matej Yuq və Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Nitsa. Nitsa şəhər stadionu.
Diaspora