Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına start verilib.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilir.Günün ilk oyunu İsveçrə və Polşa komandaları arasında olub. 90 dəqiqədə qalib müəyyənləşməyib. Hərəyə 1 dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıb - 1:1. Əlavə vaxtda da qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Polşa (5:4) 1/4 finala yüksəlib.
Britaniya derbisində Uels və Şimali İrlandiya yığmaları üz-üzə gələcək. Günün ən maraqla gözlənilən görüşü Xorvatiya və Portuqaliya arasında keçiriləcək. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
25 iyun
"Avro-2016", 1/8 final
17:00. İsveçrə - Polşa - 1:1 (Penaltilər seriyası - 4:5)
Qollar: Blaşikovski, 39 (0:1), Şakiri, 82 (1:1)
İsveçrə: + - + + +
Polşa: + + + + +
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Gişar" stadionu
20:00. Uels - Şimali İrlandiya
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Paris. "Park de France"
23:00. Xorvatiya - Portuqaliya
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,
Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Lans. "Boller Delelis" stadionu