“Qarabağ“ın futbolçusu baş nazirlə görüşdü

“Qarabağ“ın futbolçusu baş nazirlə görüşdü backend

İlk dəfə qatıldığı Avropa çempionatında çıxışını başa vuran Albaniya millisi vətənə qayıdıb.

Qaziler.az publika.az-a istinadən xəbər verir ki, Albaniya millisini Tirana hava limanında ölkənin baş naziri Edi Rama qarşılayıb. Burada millinin üzvləri qarşısında çıxış edən baş nazir iki il sonra istifadəyə veriləcək Albaniya milli stadionunun qarşısında "bu stadion AÇ-2016-da çıxış etmiş "qırmızı-qara" komandanın şərəfinə tikilib" sözləri yazılmış lövhə qoyulacağını bildirib. Bundan sonra millinin üzvləri üstü açıq avtobusda şəhərə yollanıb.

Xatırladaq ki, bir müddət öncə Albaniya Futbol Federasiyası millinin üzvlərinə diplomatik pasportlarla yanaşı, ümumilikdə 1 milyon avro məbləğində mükafat veriləcəyini bildirmişdi.

Albaniya millisi AÇ-2016-da Fransa, İsveçrə və Rumıniya ilə birgə A qrupunda mübarizə aparıb. Meydan sahiblərinə 0:2, İsveçrəyə isə 0:1 hesabıyla uduzan albanlar, son oyununda Rumıniyanı 1:0 hesabıyla məğlub edərək qrup mərhələsini 3-cü pillədə başa vurublar.

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya millisinin kapitanıdır.
Diaspora