Azərbaycan Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.
Qaziler.az-ın məlumatına görə, ölkəmizin aktivinə 54-cü vəsiqəni boksçu Teymur Məmmədov yazdırıb.81 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız bu hüquqa Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yiyələnib. Rioda bayraqdarımız olmağa yeganə namizəd paytaxtımızdakı turnirdə yarımfinala yüksəlməklə Braziliyaya bileti sifariş verib.
Bununla, boks üzrə kişilərdən ibarət millimizin Rioya lisenziya sayı 8-ə çatıb.