Paralimpiyaçılarımızdan tarixi uğur

Paralimpiyaçılarımızdan tarixi uğur backend

Tunisdə atletika idman növü üzrə keçirilən Tunis Qran Pri turnirində paralimpiyaçı atletlərimizin uğurlu çıxışları davam edir. Lent.az-ın məlumatına görə, idmançılarımız yarışın 2 və 3-cü günlərində daha 5 qızıl və 1 gümüş medal qazanıb.

Çebanu Elena qaçışda 200 m məsafədə 26.01 s nəticəylə və 100 m məsafədə 12.66 nəticəylə qızıl, İslam Qəhramanzadə nizə atma idman növündə 44.90 m nəticəylə qızıl, Rasim Babayev disk atma idman növündə 40.81 m nəticəylə qızıl, İradə Əliyeva nizə atma idman növündə qızıl və disk atma idman növündə Tofik Məmmədov 34.33 m nəticə göstərərək gümüş medala sahib olub. Daha əvvəl isə nüvə atma idman növündə 13.63 m nəticəylə Rasim Babayev 1-ci, disk atma idman növündə 31.77 m nəticəylə Mehman Ramazanov 2-ci yeri qazanıb.

Ümumilikdə Milli parolimpiya Komitəsinin atletləri 3 gündə 6 qızıl və 2 gümüş medal qazanıb.
Diaspora