Almaniya millisinin əfsanəvi qapıçısı Oliver Kan maraqlı açıqlama verib. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 47 yaşlı veteran futbolçu “Avro-2016”nın E qrupunda İtaliya millisinin Belçikaya qəsdən uduzduğunu iddia edib. O, bunu İtaliya millisinin baş məşqçisi Antonio Konteninin türklərdən qisas alması ilə əlaqləndirib:
“Konte “Qalatasaray” – “Yuventus” oyununu unutmamışdı. Həmin vaxt “Yuventus”u çalışdıran Konte Sneyderin vurduğu qolun heyfini çıxdı. İtaliyanın qapıçısı topu qəsdən qaytarmadı. İtaliya millisi qələbə qazanmaq istəmirdi”.Qeyd edək ki, 2013-cü ildə Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qalatasaray” – “Yuventus” oyununda türklər Uesli Sneyderin qolu ilə qələbə qazanaraq 1/8 finala çıxmışdı.