İtaliya, Belçika və İrlandiya 1/8 finalda, İsveç qrupda qaldı

İtaliya, Belçika və İrlandiya 1/8 finalda, İsveç qrupda qaldı backend

“Avro-2016”nın qrup mərhələsinə yekun vurulub.

Qaziler.az-ın Qol.az-a istinadən məlumatına görə, bu gün E qrupunda keçiriləcək iki oyunla bütün 1/8 finalçılar bəlli olub.

Keçirdiyi hər iki görüşdə qalib gələn İtaliya millisi İrlandiyanı sınağa çəkib. Antonio Kontenin komandası rəqibinə 0:1 hesabı ilə uduzsa da, qrupu lider başa vurub. İrlandiyalılar isə qələbə sayəsində dörd ən yaxşı 3-cü kimi qrupdan çıxıb.

Digər görüşdə isə İsveç və Belçika milliləri üz-üzə gəlib. Skandinaviyalıları yalnız qələbə qane edirsə, belçikalılara bir xal da kifayət edirdi. Rəqibini 1:0 hesabı ilə məğlub edən belçikalılar qrup ikincisi kimi 1/8 finala adlayıb.

E qrupu

23:00. İtaliya - İrlandiya - 0:1
Qol: Bredi, 85 (0:1)
Baş hakim: Ovidiu Hateqan
Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)
Lill. “Pyerr Morua” stadionu


23:00. İsveç - Belçika - 0:1
Qol: Nainqolan, 84 (0:1)
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Nitsa. Şəhər stadionu

N Komandalar O Q H M T-F X
1 İtaliya 3 2 0 1 3-1 6
2 Belçika 3 2 0 1 4-2 6
3 İrlandiya 3 1 1 1 2-4 4
4 İsveç 3 0 1 2 1-3 1
Diaspora