İtaliyadan Türkiyə millisinə ağır zərbə

İtaliyadan Türkiyə millisinə ağır zərbə backend

Avropa çempionatında 1/8 finala çıxmaq istəyən Türkiyə üçün bu gecə baş tutacaq İtaliya-İrlandiya matçı böyük önəm daşıyır.

Qaziler.az-ın məlumatına görə, İtaliya ilk iki turda 1/8 finala vəsiqəni təmin edib. İrlandiyanın isə qələbəyə ehtiyacı var.

Amma İrlandiyanın İtaliyanı məğlub etməməsi Türkiyənin işinə yarayır. İtalyanlar üçün isə bu matç formal xarakter daşıyır. 1/8 finalda İspaniya ilə ağır matça çıxacaq İtaliyanın baş məşqçisi Antonio Konte İrlandiya ilə oyunda aparıcı futbolçulara istirahət vermək qərarına gəlib.

Məlumata görə, baş məşqçi bir neçə aparıcı futbolçunu qorumaq üçün bu gecə meydana buraxmayacaq.

Türkiyə millisi
Avropa çempionatında Çexiyaya qalib gələrək 1/8 finala çıxmaq şansını saxlayan Türkiyənin taleyi son iki qrupdakı oyunlardan asılıdır. Ən yaxşı 4 üçüncüdən biri olmaq istəyən "ay-ulduzlular"ın mərhələ adlayıb-adlamayacağı bu gün baş tutacaq oyunlardan asılı olacaq.

Türkiyə hansı halda qrupdan çıxacaq?
Bu gün Bakı vaxtı ilə saat 20.00-da başlayacaq F qrupunun Macarıstan-Portuqaliya oyunu bu baxımdan çox önəmlidir. 4 xalı olan macarlar 2 xalı olan portuqaliyalılara qalib gəlsə, Türkiyə ən yaxşı üçüncüdən biri olacaq.

Bu baş verməsə, diqqətlər E qrupuna yönələcək. Bu qrupda 1 xalı olan İrlandiya İtaliyanı, İsveç isə Belçikanı məğlub edə bilməsə, Türkiyə 1/8 finala çıxacaq.
Diaspora