AÇ-2016: Türkiyə şansını saxladı

AÇ-2016: Türkiyə şansını saxladı backend

Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində 2 oyun keçirilib. APA-nın məlumatına görə, D qrupunda Çexiya Türkiyə ilə, Xorvatiya isə İspaniya ilə qarşılaşıb.


İkincilik uğrunda isə Xorvatiya və Çexiya mübarizə aparıb. Matç 2:1 hesabı ilə “şahmatçılar”ın qələbəsi ilə başa çatıb. Beləliklə, qrupda liderliyi ələ alan Xorvatiya millisi (7 xal) və qrupun ikinci pilləsində qərarlaşan İspaniya yığması (6 xal) turnirin “play-off” mərhələsinə vəsiqə qazanıblar.

Fatih Terimin yetirmələri isə şanslarını davam etdirmək üçün 2 top fərqi ilə qalib gələrək (2:0) qrupda 3-cü yeri tutublar. “Ay-ulduzlular” öz üzərilərinə düşən vəzifəni yerinə yetirdikdən sonra digər matçların nəticələrini gözləyəcək.

Qeyd edək ki, 1/8 mərhələdə ispanlar italyanlarla, xorvatlar isə B, E və F qruplarında üçüncü pillədə qərarlaşan ölkələrin biri ilə qarşılaşacaqlar.

Avropa çempionatı – 2016
21 iyun

D qrupu
Türkiyə - Çexiya – 2:0
Qollar: Kaliniç, 45, Perisiç, 87 - Morata, 7

Baş hakim: Villaim kollum (Şotlandiya)

Xorvatiya – İspaniya - 2:1
Qollar: Kaliniç, 45 - Morata, 7

Baş hakim: Byörn Kupers
Diaspora