Daha bir DOPİNQ

Daha bir  DOPİNQ backend

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən atletlərin siyahısını açıqlayıb.

Qaziler.az -ın Report-a istinadən məlumatına görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan idmançılar arasında Azərbaycan təmsilçisi İntiqam Zairov da var.

İdmançımız həmin olimpiadada 85 kq çəki dərəcəsində çıxış edib və iki hərəkətin cəmində 361 kq (birdən 166 kq, təkanla 195 kq) nəticə ilə 9-cu yeri tutub. Təkrar yoxlama zamanı ağırlıqqaldıranımızın dehidroxlorometiltestosteron qəbul etdiyi məlum olub.

Qeyd edək ki, İ.Zairovun orqanizmindən 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında dehidroxlorometiltestosteron və nandrolon, 2013-cü il Avropa çempionatında isə dehidrometiltestosteron aşkarlanıb. İdmançı 2023-cü ilin sonlarınadək bütün yarışlardan kənarlaşdırılıb.

Xatırladaq ki, daha öncə IWF Azərbaycanın 6 ağırlıqqaldıranını uzun müddətə diskvalifikasiya edib. İntiqam Zairovdan əlavə, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev və Valentin Xristov 8 il (dekabr, 2023), Dadaş Dadaşbəyli 4 il (dekabr, 2019) müddətinə bütün yarışlardan kənarlaşdırılıblar.
Diaspora