“Müdafiəçi olaraq hücumda necə oynamağı daha yaxşı bilir” Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil komanda yoldaşı Jerom Boatenqin yığmanın "Avro-2016"dakı hücum xətti haqda söylədiyi tənqidi fikirlərinə cavab verib.
Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, türk əsilli alman futbolçu kinayə ilə Boatenqin hücum futbolunun necə oynanmalı olduğunu daha yaxşı bildiyini deyib:
"Bu, onun fikridir. Əlbəttə, müdafiəçi Boatenq hücum futbolunun necə oynanmalı olduğunu daha yaxşı bilir".
Qeyd edək ki, Boatenq müsahibəsində komandasının hücum xəttindən narazılığını bildirib.