"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, ikinci yeri "Ferrari"dən Sebastayn Fettel (+16.6), üçüncü yeri isə "Force India"dan Serxio Peres (+25.2) tutub."Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.
"Toro Rosso" komandasının hər iki pilotu - Daniil Kvyat 6-cı, Karlos Sayns 33-cü döngədə mübarizəni dayandırıb. Həmçinin "Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.