“Avro-2016”da qrup mərhələsinin oyunları davam edir.
Qaziler.az-ın Qol.az-a istinadən məlumatına görə, bu gün F qrupunun oyunları keçirilib.İlk turda Poruqaliyadan xal alan İslandiya millisi Macarıstanla qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Digər oyunda Portuqaliya Avstriya ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb. İlk matçda İslandiya ilə 1:1 bərabərə qalan portuqallar bu görüşdə də qələbə qazana bilməyib.
Qeyd edək ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo görüşün 78-ci dəqiqəsində penaltidən yararlana bilməyib.
18 iyun
F qrupu
23:00. Portuqaliya - Avstriya - 0:0
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Paris, "Park de Prens" stadionu
20:00. İslandiya – Macarıstan - 1:1
Qol: Siqordsson, 39-pen. (1:0), Saevarsson, 88-avtoqol (1:1)
Baş hakim: Sergey Karasyov
Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin
Əlavə köməkçi-hakimlər: Sergey Lapoçkin, Sergey İvanov(hamısı Rusiya)
Marsel, "Velodrom" stadionu
N Komandalar O Q H M T-F X
1 Macarıstan 2 1 1 0 3-1 4
2 İslandiya 2 0 2 0 2-2 2
3 Portuqaliya 2 0 2 0 1-1 2
4 Avstriya 2 0 1 1 0-2 1