Sıralama yürüşünə yekun vurulub.
“Mercedes” komandasının pilotu Niko Rosberq Finiş rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi 1 dəqiqə 42,758 saniyədir. “Force İndia” komandasının pilotu Serxio Peres 1 dəqiqə 43,515 saniyəlik nəticə ilə ikinci olub. Üçüncü yerdə 1 dəqiqə 43,966 saniyəlik göstərici ilə “Red Bull Racing” komandasından sürücüsü Daniel Rikkardo qərarlaşıb.Beləliklə, iyunun 19-da Avropa Qran-prisində pilotların düzülüşü aşağıdakı qaydada olacaq:
1. Niko Rosberq – “Mercedes”
2. Serxio Peres – “Force İndia”
3. Daniel Rikkardo – “Red Bull Racing”
4. Sebastian Fettel – “Ferrari”
5. Kimi Raykonnen – “Ferrari”
6. Felipe Massa – “Uilyams”
7. Daniil Kvyat – “Red Bull Racing”
8. Valtteri Bottas – “Uilyams”
9. Maks Ferstappen – “Toro Rosso”
10. Luis Hamilton – “Mercedes”
İkinci təsnifatdan sonra:
11. Roman Qrojan - "Haas"
12. Niko Hülkenberq - "Force İndia"
13. Karlos Sayns - "Toro Rosso"
14. Fernando Alonso - "McLaren"
15. Estabean Qutyerres - "Haas"
16. Felipe Nasr - "Sauber"
Birinci təsnifatdan sonra:
17. Rio Haryanto - "Manor"
18. Paskal Verlyayn - "Manor"
19. Censon Batton - "McLaren"
20. Markus Erikson - "Sauber"
21. Kevin Maqnussen - "Renualt"
22. Kolion Palmer - "Renault".