İyunun 18-də saat 13:00-da Formula-1 Avropa Qran-prisinin üçüncü test yürüşü başlayıb.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb.“Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel ilə Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo və Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq ilə Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak ediblər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Esteban Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyublar.
Pilotlar öz bolidləri ilə bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. Təsnifat (sıralama) yürüşünə isə saat 17:00-da start veriləcək.