"Prema Racing" komandasının italiyalı pilotu Antonio Covinatsi Bakıda GP2 seriyalı ilk yarışda qələbə qazanıb.
Qaziler.az Trend-ə istinadən bildirir ki, sonrakı yerləri, müvafiq olaraq, ART komandasının pilotu Sergey Sirotkin (+1.2 saniyə), "Rus vaxtı" komandasının pilotu Raffaele Marçello (+1.3) tutublar.Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.