İspaniya millisi öz rekordunu yeniləyib.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, Visente del Boskenin komandası buna "Avro-2016"nın qrup mərhələsində Türkiyəyə qalib gəldikləri oyunda nail olub.Bu matçda 3:0 hesabı ilə qalib gələn ispanlar Avropa çempionatlarının final mərhələlərində ardıcıl 7-ci oyununda qapısının toxunulmazlığını qoruyub. Bu turnirə qədər son Avropa çempionları 5 oyun idi ki, qapılarında top görmürdülər. “Avro-2016”da keçirdiyi iki görüşdən də quru hesabla ayrılan Priney təmsilçisi öz rekordunu yeniləyib.
Qeyd edək ki, İspaniya millisi sonuncu dəfə 2012-ci ildə keçirilən Avropa çempionatında İtaliya ilə görüşdə qapısından top buraxıb. Həmin matç 1:1 hesabı ilə başa çatıb.