“Avro-2016”da qrup mərhələsinin oyunları davam edir.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, C qrupunda II turun bir oyunu başa çatıb.İlk görüşdə Almaniyaya uduzan Ukrayna millisi Şimali İrlandiya ilə üz-üzə gəlib. Mixail Fomenkonun komandası bu oyunda uduzub - 0:2. Şimali İrlandiya isə Avropa çempionatının final mərhələləri tarixində ilk qələbəsini qazandı.
Almaniya isə Polşa ilə qarşılaşacaq.
16 iyun
C qrupu
20:00 Ukrayna - Şimali İrlandiya - 0:2
Qol: Makoli, 49, Makgin, 90+6
Baş hakim: Pavel Kralovets
Yan xətt hakimlər: Roman Slışko (Slovakiya), Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Mixal Patak (hamısı Çexiya)
Lion, "Lyumler" stadionu
23:00 Almaniya – Polşa
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Sen-Deni. "Stad de Frans"