Parisi “partlatmaq” istəyirlər

Parisi “partlatmaq” istəyirlər backend

Gündəlik ixtişaşlar sizi də düşündürürmü?

Fransanın Paris şəhərində keçirilən Avropa Çempionatı bu il unudulmaz xatirələri ilə yadda qalacaq. Qızışmış İngilislər, Putinin yetirmələri və s. sentimentalist azarkeşlərin bu il Fransada aləmi birbirinə qatıb. Dərd yarı o azarkeşlər isveçlilər olsaydı ortada bir məntiq tapılardı ki, yəqin öz həmyerliləri ZLATAN Ibrahimoviçin heykəlini Eyfeli uçurub yerinə qoymaq niyytətindədirlər. Hərçənd görünür Skandinavlar sakit şəkildə bir kənarda dayanıblar. Doğrudur çempionatlarda adətən belə davalar toplantılar olurdu lakin artıq tədbir başlayandan təkcə oyun meydanları deyil hətta şəhər və küçə meydanları da aramsız və sanki gündəlik qrafiklər keçirilən oyunlarla eyni anda baş verir.

Lille-də olan ingiltərəli fanat Oliver Larkworthy, dəmiryol stansiyası yaxınlığında polisin gözyaşardıcı qazına tuş gəlib.

"Mən küçənin aşağısına doğru hərəkət edən izdiham gördüm- orda İngiltərə, Slovakiya və daha çox yerli fanatlar var idi", o deyir.

"Orda stansiyanın ətrafında dayanıb sadəcə problem yaratmağı gözləyən çoxlu sayda qəzəbli Rusiya fanatları var. Bütün bunlar isə fəlakətin baş verməsini gözləyir. Bu sanki istənilən vaxt partlamağa hazır olan barıt çəlləyi kimidir."

Rusiya fanatlarının İngiltərə fanatları üzərinə hücum etməsi səbəbindən Rusiya futbol komandası turnirdən şərti diskvalifikasiya edilib.

Deməli Rusiyanın AÇ-dan uzaqlaşdırılamq təhlükəsi hələ də gündəmdədir. Şübhəsiz ki ingilislər də bu riskin altına girib. Atalar demiş: Cəhənnəmə gedən özünə yoldaş axtarır. UEFA fanatlar tərəfindən zorakılıq olacağı halda İngiltərəni də Euro 2016-dan diskvalifikasiya etməsi ilə hədələyib.

Hamısı şeytanın əməlidir. Fransa höküməti spirtli içkilərin qadağan olunmasına başlayıb. Düşünür ki bu ixtişaları daha da böyüməsinə səbəb ola bilər. Əsas şübhəli məram odur ki, Parisda baş qaldıran "küçə döyüşləri” çemionatla paralel dünya mətbuatının gündəmində yer tutmaqdadır.

Xalqları tez-tez barışığa səsləyən, onları sülhə dəvət edən beynəlxalq təşkilatlar və yerli qurumlar indi heçnə edə bilmir. Yenə yerli polis orqanları əlayağa düşüb.

Çempionat başlamamışdan öncə Təşkilat Komitəsinin beynəlxalq tədbirin azarkeşsiz keçiriləcəyi ilə bağlı bəyanat yayaraq həyəcan təbili çalması fransızların ehtiyat kəmərini üzə çıxarıb. "Avro- 2016”nın Təşkilat Komitəsinin başçısı Jasqus Lambert açıqlama verib ki, "Avro- 2016”nın bəzi oyunları azarkeşsiz keçirilə bilər. Bu barədə. Lambert verdiyi açıqlamada bütün ehtimalları dəyərləndirdiklərini bildirib. Bunun içində oyunların azarkeşsiz keçirilməsi kimi bir vəziyyət də var.Açıqlamanın detallarında Fransada keçiriləcək "Avro-2016”nın hansı matçlarının risk daşıdığı, hansı maçların azarkeşsiz oynanacağı haqqında hər hansi bir məlumat verilməyib. Lakin onu bildiriblər ki, hərbir qarşılaşma üçün təhlükəsizlik ən üst səviyyədə təşkil ediləcək.

Bütün bunlara baxmayaraq hələ ki heç bir mətbuat orqanına çemionatın bu cür ixtişalarla davam etməsinin "mətnaltı” məlum deyil. Ola bilsin ki bunlar planlı şəkildə həyata keçirilir. Belə davam etsə turnirin sonuna kimi lazmı müddəaların ortaya çıxacağı şübhə doğurmur. Bəlkə də onlar Parisi gündəlik ixtişalarla partladıb məhv etmək istəyirlər...

Rüfət SOLTAN
Diaspora