Rusiya Slovakiya, Fransa isə Albaniya ilə üz-üzə

Rusiya Slovakiya, Fransa isə Albaniya ilə üz-üzə backend

Bu gün Avropa çempionatının ikinci turu keçiriləcək. ANS PRESS-in məlumatına görə, A və B qrupunda mübarizə aparan milli komandalar meydana çıxacaq.

İlk turda ingilislərə son saniyələrdə məğlub olmaqdan xilas olan Rusiya yığması Slovakiya ilə qarşılaşacaq. Slovaklar ilk görüşdə Uels kollektivinə məğlub olub. Hər iki komanda növbəti mərhələyə adlamaq üçün qalib gəlməlidir. Slovakiya sonuncu turda İngiltərə millisi ilə qarşılaşdığı üçün bu gün mütləq qələbə qazanmalıdır ki, Fransada qalma şansları olsun.

Digər qarşılaşmada "A" qrupunda 3 xalla lider olan turnirin ev sahibi Fransa qrup sonuncusu Albaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ev sahibləri qalib gələcəkləri təqdirdə növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaqlar. Qrupun digər qarşıdurmasında isə Rumıniya və İsveçrə komandaları üz-üzə gələcək. İsveçrə millisi də qalib gələcəyi halda 6 xalla növbəti mərhələyə vəsiqəni təmin etmiş olacaq.

17:00. Rusiya - Slovakiya

Hakimlər: Damir Skomina

Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan

Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Yonas Eriksson (İsveç)

Lill. "Pyer Morya" stadionu.

A qrupu

20:00. Rumıniya - İsveçrə

Hakimlər: Sergey Karaşev

Yan xətt hakimləri: Nikolay Qolubev, Tikon Kaluqin

Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Paris. "Park de Prens"

23:00. Fransa - Albaniya

Hakimlər: Uilyam Kollam (Şotlandiya)

Yan xətt hakimləri: Frensis Konnor (Şotlandiya), Damian Makqreyt (İrlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Maykl Oliver (İngiltərə)

Marsel. "Velodrom" stadionu.
Diaspora