Bu gün “Avro-2016”nın qrup mərhələsində ilk turun oyunlarına yekun vurulub.
Qaziler.az-ın Qol.az-a istinadən məlumatına görə, növbəti oyun günündə daha iki oyun keçirilib.F qrupunda Avstriya və Macarıstan milliləri üz-üzə gəlib. Oyun macarların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər qarşılaşması isə Portuqaliya və İslandiya yığmaları arasında olub. Fasiləyə 1:0 hesabı ilə yollanan Portuqaliya millisi ikinci hissədə üstünlüyünü qoruya bilməyib - 1:1.
14 iyun
F qrupu
23:00. Portuqaliya - İslandiya - 1:1
Qollar: Luiş Nani, 31 (1:0), Birkir Byarnason, 50 (1:1)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün (hamısı Türkiyə)
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Dördüncü hakim: Karlos del Kerro (İspaniya)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.
20:00. Avstriya - Macarıstan - 0:2
Qol: Szalay, 63, Stayber, 87
Qırmızı vərəqə: Draqoviç, 66 (Avstriya)
Hakimlər: Kleman Turpen, Frederik Kano, Nikolas Danos (hamısı Fransa)
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Xesus Gil Manzano (İspaniya)
Bordo. "Bordo" stadionu.
N Komandalar O Q H M T-F X
1 Macarıstan 1 1 0 0 2-0 3
2 Portuqaliya 1 0 1 0 1-1 1
3 İslandiya 1 0 1 0 1-1 1
4 Avstriya 1 0 0 1 0-2 0