“Qalatasaray” futbol klubu kamerunlu futbolçu Samuel Etonu transfer edib. Lent.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, tanınmış futbolçunun çıxış etdiyi “Antalyaspor” klubunun prezidenti Güntekin Gencer bildirib ki, Etonun transferi ilə bağlı artıq həmkarı Dursun Özbəklə razılıq əldə edilib.
Qeyd edək ki, Türkiyə yığmasının Fransada Xorvatiya ilə ilk oyununu hər iki klubun prezidentləri stadionda yanaşı izləyib. Yaxın vaxtlarda Güntekin Gencerin klub prezidenti olmaq müddəti başa çatacağından Etonun da “Antalyaspor”dan ayrılması real görünür.