Bu gün AFFA-nın mənzil-qərargahında Assosiasiyanın İcraiyyə Komitəsinin toplantısı keçirilib. Görüşün əsas mövzusu Premyer-liqada çıxış edəcək komandaların sayının müəyyən edilməsi olub. Tədbirin yekunlarına görə məlum olub ki, birinci divizionun heç bir komandası lisenziya problemini həll edə bilməyib və beləliklə, avqust ayında start götürəcək yeni mövsümdə TPL-də 8 komanda iştirak edəcək.
Bunlar “Qarabağ” (Ağdam), “Qəbələ”, “Zirə” (Bakı), AZAL, “Neftçi” (Bakı), “Kəpəz” (Gəncə), “İnter” (Bakı) və “Sumqayıt”dır.