Bu gün Fransada futbol üzrə Avropa çempionatının ikinci günündə Türkiyə və Xorvatiya yığmaları qarşılaşır.
Trend-in məlumatına görə, oyunun keçiriləcəyi Parisin "Park de Prens" stadionunun ətrafına toplaşan türk və xorvat azarkeşlər birlik nümayiş etdirərək komandalarını dəstəkləyən şüarlar səsləndirir, mahnılar oxuyurlar.
Türkiyə-Xorvatiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Xatırladaq ki, ötən gün ingilis və rus azarkeşlərın kütləvi davasında onlarla insan xəsarət alıb.