Bu gün “Avro-2016”nın A qrupunda daha bir oyun keçirilib.
Qaziler.az-ın Qol.az-a istinadən məlumatına görə, “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi İsvəçrə ilə qarşılaşıb.Lans şəhərində keçirilən matçın taleyini bir qol həll edib. Fabian Şyorun 5-ci dəqiqədə vurduğu qol isveçrəlilərə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, İsveçrədən fərqli olaraq Albaniya millisi Avropa çempionatında debüt edib.
11 iyun
A qrupu
17:00. Albaniya - İsveçrə - 0:1
Qol: Fabian Şyor, 5 (0:1)
Qırmızı vərəqə: Lorik Sana, 36 (Albaniya)
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Del Serro Qrande (hamısı İspaniya)
N Komandalar O Q H M T-F X
1 Fransa 1 1 0 0 2-1 3
2 İsveçrə 1 1 0 0 1-0 3
3 Rumıniya 1 0 0 1 1-2 0
4 Albaniya 1 0 0 1 0-1 0