“Bavariya”da Robben şoku yaşanır. Lent.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, əzələsi dartınan 31 yaşlı hollandiyalının ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Almaniya Bundesliqasının XXVI turunda "Borussiya" Münhenqladbaxla matçda zədələnən futbolçu millinin Hollandiya və İspaniyaya, "Bavariya"nın isə ÇL-də "Porto"ya qarşı hər iki matçını buraxacaq.