Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə qarşılaşacaq Azərbaycan millisinin ümumi dəyəri açıqlanıb. Apasport.az-ın transfermarkt.de saytına istinadən məlumatına görə, Malta ilə oyun üçün Robert Prosineçki tərəfindən yığmaya çağırılan 24 futbolçunun ümumi dəyəri 7 milyon 250 min avrodu.
Millimizin heyətində ən dəyərli futbolçular kapitan Rəşad Sadıqov və Almaniyada çıxış edən Dmitri Nazarovdu. Karyerasını Türkiyədə davam etdirən Vaqif Cavadovun qiyməti onlardan cəmi 50 min aşağıdı. Ən az qiymət isə yığmanın debütantı olan gənc Coşqun Diniyevə qoyulub. Maraqlıdı ki, “Qarabağ”ın heyətində avrokubokda yüksək səviyyədə çıxış edən Bədavi Hüseynova qiymət qoyulmayıb.1. Rəşad Sadıqov - 650.000 avro
2. Dmitri Nazarov - 650.000
3. Vaqif Cavadov - 600.000
4. Rahid Əmirquliyev - 500.000
5. Kamran Ağayev - 500.000
6. Mahir Şükürov - 400.000
7. Elvin Məmmədov - 400.000
8. Ruslan Abışov - 400.000
9. Əfran İsmayılov - 400.000
10. Səlahət Ağayev - 350.000
11. Eddi İsrafilov - 300.000
12. Maksim Medvedev - 300.000
13. Vüqar Nadirov - 300.000
14. Cavid Hüseynov - 300.000
15. Andrey Popoviç - 200.000
16. Məhəmməd Mirzəbəyov - 150.000
17. Qara Qarayev - 150.000
18. Namiq Ələsgərov - 150.000
19. Cavid Tağıyev - 150.000
20. Arif Daşdəmirov - 150.000
21. Məhəmməd Qurbanov - 100.000
22. Ruslan Qurbanov - 100.000
23. Coşqun Diniyev - 50.000
24. Bədavi Hüseynov – qiymətsiz