“Fənərbağça” klubun prezidenti Əziz Yıldırım Emenikeni hədələyib. Lent.az-ın "Fotomaç" qəzetinə istinadən məlumatına görə, “Beşiktaş”la oynanılan qarşılaşmanın birinci hissəsində Emenikenin “Fənərbağça” formasını çıxartması Əziz Yıldırımı çox qəzəbləndirib.
Qələbə qazanılmasına baxmayaraq oyun bitdikdən sonra Ə.Yıldırım nigeriyalı hücumçunun menecerinə zəng edərək Emenikenin özünü yığışdırmasını istəyib. O, heç bir futbolçusunun “Fənərbağça” formasını istədiyi vaxt çıxarıb, istədiyi vaxt geyinə bilməcəyini vurğulayıb. Klub prezidenti futbolçunun özünü düzəltməməsi halında onun futbol həyatını sonlandıracağını deyib. Aziz Yıldırım hücumcuya Krasic və Orteqa misalını çəkərək onu hədələyib.