Qərb dövlətləri Suriyaya humanitar yardım etməyə çağırış edib

Qərb dövlətləri Suriyaya humanitar yardım etməyə çağırış edib backend

ABŞ, Böyük Britaniya və Fransa BMT-ni təcili olaraq Suriyanın mühasirədə olan şəhərlərinə humanitar yardım göndərməyə çağırıb. Onlar deyib ki, Suriya iyunun 1-nə qədər humanitar yardımın çatdırılmasına dair dünya və yerli güclərlə əldə olunmuş razılığı pozub.

Çərşənbə günü humanitar yardımın cüzi hissəsi çatdırlıb və Dəməşq yaxınlığındakı Darayya şəhərinə humanitar yardım karvanı ərzaq aparmayıb.

BMT-nin Təhlükəsizlik üzrə konsulu humanitar yardımın çatdırılması məsələsini cümə günü müzakirə edəcək.

ABŞ dövlət departamenti sözçüsü John Kirby deyib ki, yüzlərlə suriyalının "davamlı və mütəmadi" humanitar yardıma ehtiyacı var.

O deyib ki, BMT-nin ərzaq agentliyi olan Dünya Ərzaq Proqramı ABŞ-ın humanitar yardımı necə göndərməsi haqqında məlumat verib.

Suriyadakı Qırmızı Xaç humanitar yardım karvanının Darayya-ya daxil olmasını göstərən tvit atıb

Eyni anda Böyük Britaniyanın xarici işlər naiziri Philip Hammond, son tarixdə çatdırılan humanitar yardımın məhdudlaşdırılmasını "abırsızlıq" adlandırıb.

"Humanitar yardımın çətin, bahalı və riskli olduğu halda onlar mühasirədə olan ərazilərdə insanların əziyyət çəkməsi üçün ən son vasitələrdən istifadə edirlər", o deyib.

ABŞ və Böyük Britaniya Suriya hökümətinə arxa olan Rusiya və İranı humanitar yardımın daha təhlükəsiz çatdırılması üçün öz təsir imkanlarından istifadə etməyə çağırıb.
Rusiya deyib ki, çərşənbə günü humanitar yardım karvanının ünvana çatması müsbət addımdır.

Aprel ayında BMT bəyan edib ki, Darayya-da azı 4 min insan artıq 4 ildir ki, Suriya höküməti qüvvələri tərəfindən mühasirədə saxanılır.

Bundan əlavə, Darayya-nın şimal-qərbində yerləşən və üsyançıların nəzarətində olan Muadhamiya-ya ərzaq bağlamaları və ağ un sonuncu humanitar yardımdan bir ay sonra, çərşənbə günü çatdırılıb.

Darayya-nın elektrik təchizatı 3 il bundan əvvəl dayandırılıb.

Ölkədəki bütün tərəflər humanitar yardımın çatdırılması ilə bağlı razılıq versə də, may ayında yardım karvanının girişi qadağan olunubImage copyrightAP

Ölkədəki bütün tərəflər humanitar yardımın çatdırılması ilə bağlı razılıq versə də, may ayında yardım karvanının girişi qadağan olunub

BMT-nin təcili yardım koordinatoru Stephen O`Brien aprel ayında deyib ki, Suriya hökuməti humanitar yardımın çatdırılması ilə bağlı "saysız" xahişləri rədd edib.

Bütün partiyalar humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəlməsinə baxmayaraq, ötən ay yardım karvanının girişi qadağan olunmuşdu.

Çərşənbə günü Rusiya müdafiə naziri deyib ki, Darayya-ya humanitar yardımın paylanmasını təmin etmək üçün Suriya hakimiyyəti ilə 48 saatlıq fasilə verilməsi haqda razılıq əldə olunub .

BMT inanır ki, Suriyada mühasirədə olan 600 minə yaxın insan da daxil olmaqla 4,6 milyondan çox suriyalı çətin gedilən rayonlarda yaşayır (BBC).
Diaspora