Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, bu gün qitənin ən nüfuzlu klub turnirinin qalibi bəlli olub.Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası - “Real” və “Atletiko” üz-üzə gəlib.
İspaniya La Liqasında mövsümü ikinci və üçüncü pillədə başa vuran bu komandaların oyunu maraqla gözlənilirdi.
"San Siro"da keçirilən Madrid derbisinin əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilər seriyasıan ehtiyac duyulub. Burda daha dəqiq olan "Real" 11-ci dəfə ÇL-in qalibi olub.
Qeyd edək ki, sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan “Real” finalda məhz “Atletiko”ya qalib gəlmişdi.