Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək "Kəpəz" daha bir futbolçusu ilə müqavilə yeniləyib. Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Qol.az-a açıqlamasında yarımmüdafiəçi Dario Federiko ilə müqavilənin müddətinin daha bir illiyə uzadıldığını bildirib.
Braziliyalı futbolçu 2016/2017 mövsümünün sonuna qədər "Kəpəz"in şərəfini qoruyacaq.Qeyd edək ki, Gəncə təmsilçisi daha öncə Julien Ebah və Tadas Simaitislə bir illik müqavilə imzalayıb.