Formula3-də ağır qəza yaşanıb - video

Formula3-də ağır qəza yaşanıb - video backend

Bu gün Şpilberqdə Red Bull Rinqdə keçirilən Avropa F3 çempionatının birinci yarışında təhlükəli qəza olub.

Qaziler.az F-1.az-a istinadən bildirir ki, Avstriya trasında Kallum İlottun qalib gəldiyi yarışda Rayan Tveter, Çji Li Konq və Pedro Pike təhlükəli qəza yaşayıblar və yarış qırmızı bayraqlarla dayandırılıb.

Yarışın bitməsinə 7 dəqiqə qalmış, Tveterin bolidi yerində fırlanlb və çınqıllı sahəyə çıxaraq trasa qayıdıb. Tveterin bolidi trasa qayıtdıqdan sonra mühərriyi dayanıb, maşının arxasında isə qatı toz dumanı əmələ gəlib.

Bu vaxt arxadan gələn Çji Li Konq və Pedro Pike gərgin mübarizə apardıqları üçün heç nə görmədikləri üçün hər ikisi növbə ilə Tveterin bolidinə çırpılıblar. Li Konqun bolidi çırpılmadan sonra göyə uçaraq bir neçə dövrə vuraraq yerə zərblə düşüb.

Qəza edən bütün sürücülər tibbi mərkəzə aparıblar. Bəzi yoxlamalardan sonra məlum olub ki, Pike yaralanmayıb. Tveter isə, az da olsa yaralanıb. Çji Li Konq isə bir müddət huşunu itirsə də, sonradan özünə gəlib. Sürücünün başından və belindən yaralanması ehtimal olunduğu üçün helikopterlə xəstəxanaya aparılıb.

Tveteri isə sonradan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar, amma onun vəziyyəti barədə hələ də dəqiq heç bir şey deyilməyib.
Diaspora